18 
Sen
2021
14:49
288
16
2780
Virtual karabakh

Bakıda ilk dəfə xüsusi qabarıq sahəyə malik piyada zolağı yaradılıb - FOTO

18 Sen, 2021
14:49
2780

Bakıda ilk dəfə xüsusi qabarıq sahəyə malik piyada zolağı yaradılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtda ilk dəfə olaraq xüsusi qabarıq sahəyə malik piyada zolağı yaradılıb. 

Bununla bağlı məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.

Bildirilib ki, piyada zolağı Bakı Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində Suraxanı rayonu, 
Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsinin əsaslı şəkildə təmiri zamanı salınıb. 

Qeyd edək ki, 146 №-li tam orta məktəbin qarşısında yaradılan piyada zolağı təhlükəsiz keçidi təmin edəcək. 

Layihə çərçivəsində piyada zolağının ətrafında zəruri yol nişanları da quraşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri