18 
Sen
2021
15:23
26
226
1866
Virtual karabakh

Bakıda səkinin üstündəki “lyuk” təhlükəyə çevrilib - FOTO

18 Sen, 2021
15:23
1866

Bakıda səkinin üstündəki “lyuk” təhlükəyə çevrilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yol kənarında kanalizasiya  “lyuk”unun üzərindəki boşluq səkinin üzərində hərəkət edənlər üçün problemə çevrilib.

Oxu.Az xəbər verir ki, söhbət paytaxtın Səbail rayonu, Puşkin küçəsində piyadaların hərəkətinə maneə törədən problemdən gedir.

Belə ki, kanalizasiya “lyuk”unun qapağının səkiyə döşənmiş daş örtüyünün səviyyəsindən xeyli aşağı olması, xüsusən, axşam saatlarında piyadalar üçün təhlükə mənbəyinə çevrilib.

Səkinin üzərində kanalizasiya  “lyuk”unun yerləşdiyi hissədə yaranmış boşluğa görə, sakinlər buradan keçən zaman yıxılma və xəsarət alma təhlükəsi ilə üzləşirlər.

Qeyd edək ki, paytaxtın küçə və prospektlərində dəfələrlə buna oxşar problemlərə rast gəlinib. Analoji problemlər daha çox  “lyuk”, səki və piyada keçidləri ilə bağlı olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri