18 
Sen
2021
20:52
48
208
7137
yuxarı
Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub
18 Sen, 2021
20:52
7137
48
208
Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub
Səhiyyə Nazirliyinin Baş nefroloqu, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev “Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinin direktoru təyin edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov müvafiq əmr imzalayıb. Bu barədə məlumat sosial şəbəkədə yayılıb. Paylaşımda F.Babayevin tələbələri onu təbrik edib.
Əmrin icrası ilə bağlı digər məsələlərin həlli “Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinə tapşırılıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək