19 
Sen
2021
15:57
14
286
1604
Virtual karabakh

Bakıda və Qaxda ev yanıb

19 Sen, 2021
15:57
1604

Bakıda və Qaxda ev yanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qax rayonunun Əmircan kəndində ümumi sahəsi 392 m² olan ikimərtəbəli (hər mərtəbəsi 196 m²) evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 8 m² sahədə, dam örtüyü 196 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri