20 
Sen
2021
12:49
122
174
4242
Virtual karabakh

SOCAR rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

20 Sen, 2021
12:49
4242

SOCAR rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü” münasibəti ilə SOCAR rəhbərliyinin nümayəndələri Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, şirkət nümayəndələri milli dövlətçiliyimizin möhkəmlənməsində, iqtisadiyyatımızın inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisi ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyib, məzarı üzərinə tər çiçəklər düzüblər.

SOCAR rəhbərliyinin nümayəndələri Fəxri xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət ediblər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri