20 
Sen
2021
15:46
27
190
12849
Virtual karabakh

Çinarə Məlikzadənin mahnısı qalmaqal yaratdı - FOTO/VİDEO

20 Sen, 2021
15:46
12849

Çinarə Məlikzadənin mahnısı qalmaqal yaratdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış müğənni Çinarə Məlikzadənin “Dünya” mahnısının sözləri qalmaqala səbəb olub.

Belə ki, sözlərin yazarı Şəmil Sadiq plagiatlıqda ittiham edilir.

Onun bu şeiri mərhum şair Akif Səmədin “Dünya sənin nəyindi ki” şeirindən götürüldüyü iddia olunur.

Şəmil Sadiq isə iddiaları rədd edərək, ortada plagiat faktının olmadığını bildirib.

Mahnının linkini və hər iki şeiri təqdim edirik.

Xatırladaq ki, Akif Səməd 2004-cü ildə rəhmətə gedib. Onun bu şeiri şairin gənclik illərində yazılıb və xeyli məşhurlaşıb. Şeir aşıqlar tərəfindən də ifa olunur.



Akif Səməd

Dünya sənin nəyindi ki?

Ömrün boyu umdun küsdün,
Dünya sənin nəyindi ki?
Arxasınca asdın-kəsdin
Dünya sənin nəyindi ki?

Yan, oduna yanan deyil
Bir dərdini qanan deyil
Atan deyil, anan deyil
Dünya sənin nəyindi ki?

Dağlarda qara bax, oğlan
Qəlbimdə yara bax, oğlan
Ağlama, qarabığ oğlan
Dünya sənin nəyindi ki?

Şəmil Sadiq

Dünya

Atan deyil anan deyil, sevib səni həyat versin
Ucaldaraq o göylərə, yıxılanda qanad versin
Gözləmə heç vəfa ondan, dünya sənin nəyindir ki?
Küsmə, qardaş, bu dünyadan, dünya sənin nəyindir ki?

Yollarında dərə də var, təpə də var, görən bilər
Cəhənnəmi cənnəti var, deyirlər ki, ölən bilər
Əl çəkməsən inadından, dünya sənin nəyindir ki?
Küsmə, qardaş, bu dünyadan, dünya sənin nəyindir ki?

Bu dünyanın bazarından boş çıxsa da, elin sənin
Baxıb görsən, səndən betər olub oban, elin sənin
Niyə versin dava-dərman, dünya sənin nəyindir ki?
Küsmə, qardaş, bu dünyadan, dünya sənin nəyindir ki?

Mənbə: Kulis.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri