20 
Sen
2021
17:32
32
336
3992
Virtual karabakh

Gəncə Olimpiya İdman Kompleksi bərbad vəziyyətə düşüb - VİDEO

20 Sen, 2021
17:32
3992

Gəncə Olimpiya İdman Kompleksi bərbad vəziyyətə düşüb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Olimpiya İdman Kompleksi baxımsız vəziyyətdədir.

Belə ki, kompleksdə 10-dan artıq müxtəlif idman növü üzrə dərslər keçirilir.

Dərslərə maraq olsa da, binanın baxımsızlıqdan bərbad vəziyyətə düşməsi həm idmançıların, həm də məşqçilərin işini müşkülə salıb.

Gəncə Olimpiya İdman Kompleksi 2002-ci ildə istifadəyə verilib. 7 il sonra kompleksdə ikinci korpus inşa olunub. Üstü bəzək, altı təzək olan kompleksin direktoru Tengiz Novruzov da binanın əsaslı təmirə ehtiyacı olduğunu bildirib.

Gəncədə fəaliyyət göstərən digər idman cəmiyyətlərinin vəziyyəti isə daha acınacaqlıdır. Gənc idmançılar demək olar ki, heç bir şəraiti olmayan zallarda məşq etməyə məcbur qalırlar. İstilik sistemi yox, beton dirəklərdən qurulan divarlar isə hər an uçma təhlükəsi ilə üz-üzədir.

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri