21 
Sen
2021
10:40
169
12
1656
Virtual karabakh

Gəncədə Türkiyə vətəndaşına qarşı quldurluq edən şəxslər SAXLANILDI - FOTO/VİDEO

21 Sen, 2021
10:40
1656

Gəncədə Türkiyə vətəndaşına qarşı quldurluq edən şəxslər SAXLANILDI - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabr ayının 20-i gecə saatlarında Türkiyə Respublikasının vətəndaşı Recep Pehlivan Mustafa Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək idarə etdiyi yük avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman tanımadığı şəxslərin onu saxladaraq deşici alətlə hədələyib 428 manat nağd pulunu quldurluq yolu ilə ələ keçirdiyini bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin və Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Belə ki, Ağstafa rayon Qırlı kənd sakini, əvvəllər soyğunçuluq əməlinə görə məhkum olunan Rasim Tağıyev, həmyerlisi Kənan Abbasov və tanışı, Sumqayıt şəhər sakini Ramin Sadıqovla birlikdə sonuncuya məxsus “Mercedes” markalı avtomobil ilə yük avtomobilində hərəkətdə olan, Receb Pehlivan Mustafanı texniki nasazlıq bəhanəsi ilə işarə edərək saxladıblar.

Daha sonra K.Abbasov əlindəki vintaçan ilə onu öldürəcəyi ilə hədələyən zaman R.Tağıyev onun cibindən 420 manat nəğd pulu götürərək oradan uzaqlaşıblar.

Şübhəli şəxslər saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri