21 
Sen
2021
13:04
27
108
3592
Virtual karabakh

Bakıda tanınmış şadlıq sarayı qaydaları pozdu - FOTO

21 Sen, 2021
13:04
3592

Bakıda tanınmış şadlıq sarayı qaydaları pozdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani 10c ünvanında fəaliyyət göstərən “Qismət” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri