21 
Sen
2021
12:12
11
137
1942
Virtual karabakh

Qoruqdakı yanğını niyə söndürmək olmur? - AÇIQLAMA + VİDEO

21 Sen, 2021
12:12
1942

Qoruqdakı yanğını niyə söndürmək olmur? - AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın hadisəsi baş verib.

Bu barədə videgörüntülər sosial şəbəkələrdə yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, artıq milli parkda iki gündür ki, yanğın hadisəsi davam edir:

“Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, ETSN-nin əməkdaşlar cəlb olunub”.

O qeyd edib ki, beş ağır texnika ərazidə mineral zolaqların çəkilməsi, yanğının geniş ərazilərə yayılmaması üçün işlərini davam etdirilər:

“Zəif küləyin müşahidə olunması, ərazinin quru otlarla əhatə olunması yanğının söndürməsinə çətinlik yaradır. Ərazidə irigövdəli ağaclar yoxdur. Su bataqlıq ərazi olduğu üçün ağır texnikanın yanğına müdaxilə etməsi çətinlik yaradır.

İlkin məlumata görə, yanğının əhatə etdiyi ərazi 10 hektardan çoxdur. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri