21 
Sen
2021
14:32
18
329
7149
Virtual karabakh

Qisas zəminində qətl: Azərbaycanlı gəncin ayağına ağır əşya bağlayıb suya atdılar

21 Sen, 2021
14:32
7149

Qisas zəminində qətl: Azərbaycanlı gəncin ayağına ağır əşya bağlayıb suya atdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Marneuli rayonunda 1993-cü il təvəllüdlü azərbaycanlı gənc qətlə yetirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, qətli törətməkdə şübhəli bilinən 3 gənc saxlanılıb. Onlardan ikisi keçmişdə məhkumluq həyatı yaşayıb.

İstintaqla müəyyən edilib ki, hadisə qisas zəminində baş verib. Saxlanılan şəxslər sentyabrın 18-də gəncin əl-qolunu bağlayaraq idarə etdikləri avtomobillə onu bir kəndə aparıblar. Daha sonra üzərinə ağır əşya bağlayaraq onu su kanalına atıblar və nəticədə gənc ölüb.

Ağırlaşdırıcı hallarda qrup halında qəsdən adam öldürmədə günahlandırılan şəxslərdən ikisini 7 ildən 17 ilədək, ağır cinayət barədə polisə məlumat verməyən üçüncü şəxsi isə 3 ildən 7 ilədək həbs gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri