21 
Sen
2021
14:50
97
37
4375
Virtual karabakh

İş var: MARSA şirkəti əməkdaş axtarışındadır

21 Sen, 2021
14:50
4375

İş var: MARSA şirkəti əməkdaş axtarışındadır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Media sahəsində marketinq araşdırmaları aparan MARSA şirkəti aşağıda qeyd olunan vəzifələrə uyğun, müvafiq ali təhsili olan əməkdaşların işə qəbulunu elan edir. MARSA yüksək rəhbər vəzifələri üçün təcrübəli, iddialı və istəkli heyət axtarır.

Namizədlərdən CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. CV-lər xarici ekspertlər tərəfindən araşdırılacaq, seçilmiş iştirakçılar isə müsahibələrə dəvət olunacaqlar.

Managing Director

• İdarəetmə bacarığı

• Azərbaycanın media və televiziya sahəsində biliklərin olması arzu olunandır

• Böyük işçi heyəti ilə çalışmaq və idarəetmək bacarığı

• Yüksək rəhbər vəzifəsində effektiv və səmərəli çalışmaq bacarığı

• Layihə cədvəlinə, büdcəyə və keyfiyyət standartlarına uyğun olaraq, böyük layihələrin idarəedilməsində müsbət təcrübəyə malik olması

• Yüksək büdcəli layihələrin təşkil olunmasında iş təcrübəsinin olması, xərclərə nəzarətin təşkil olunması, habelə mənfəət əldə etmək üçün məqsədlərin təyin edilməsi bacarığı

• Böyük müştərilərlə işin təşkil olunmasında müsbət təcrübəyə malik olması, ünsiyyət qurma bacarığı

• Media təhlili və ya uzunmüddətli bazar araşdırmaları sahəsində təcrübəsinin olması arzuolunandır

• İngilis dilində səlis danışma və yazışma bacarığı 

Production Manager

• Yeni IT layihələrinin sıfırdan tam şəkildə hazırlanması

• Televiziya və ya əlaqədar sahədə bilik və təcrübəsinin olması

• Üçüncü şəxs tərəfindən hazırlanan proqram təminatının quraşdırılması və ya yeniliklərin idarə edilməsində bilik və təcrübənin olması

• Nagios kimi şəbəkə/host monitorinqi vasitələrinin istifadə edilməsində bilik və təcrübənin olması

• Kompüter və telekommunikasiya avadanlıqları, GPRS rabitə protokolları, habelə şəbəkə xidməti sahəsində biliyin olması

• Sistem idarəçiliyində kommersiya məlumatlarının işlənməsi və emalı sahəsində təcrübənin olması arzuolunandır

• UNIX administrasiyasından anlayışın olması, skriptləri yaratmaq bacarığı

• Oracle administrasiyasında təcrübənin, SQL biliklərinin olması

• İngilis dilində səlis danışma və yazışma bacarığı

Research Manager

• Araşdırmalar sahəsində təcrübənin olması. Media bazarın araşdırmasının aparılması təcrübəsi arzuolunandır

• Verilən məlumatların təhlil edilməsi, hesabatların hazırlanması, habelə daxili və xarici müştərilərlə münasibətlərin yaradılması bacarığı

• İri miqyaslı məlumatlar bazası ilə çalışmaq, insaytlar üçün zəmin yaratmaq bacarığı

• Problemləri həll edə bilmək bacarığı

• Əsas IT biliklərin olması, MS Office proqramlarında sərbəst çalışa bilmək bacarığı

• Güclü analitik bacarığı

• Güclü şifahi və yazılı ünsiyyət bacarığı

• Yüksək peşəkarlıq səviyyəsi

• Komandada çalışa bilmək bacarığı

• İngilis dilində səlis danışma və yazışma bacarığı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri