21 
Sen
2021
16:16
78
30
3882
Virtual karabakh

Nazirlik sabiq hakimin pensiya ilə bağlı iddialarına CAVAB VERDİ

21 Sen, 2021
16:16
3882

Nazirlik sabiq hakimin pensiya ilə bağlı iddialarına CAVAB VERDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vidadi Mircəlil oğlu Mirkamalın pensiyasının məbləği ilə bağlı sosial mediadakı şikayəti əsassızdır”. 

Oxu.Az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

Onun sosial sahədə aparılan islahatlarla bağlı ittihamları da həqiqətdən uzaq, heç bir əsası olmayan qarayaxmadan başqa bir şey deyil. 

“Vidadi Mirkamal 2008-ci ildən sabiq hakim kimi II dərəcəli əlilliyə görə əmək pensiyası alıb. Özünün müraciəti əsasında bu ilin aprel ayında onun pensiyasının növü dəyişdirilib. Yəni əlilliyə görə aldığı pensiya yaşa görə pensiya ilə əvəzlənib. Bu zaman yenə də özünün müraciətinə əsasən, onun pensiyasının yenidən hesablanması aparılıb. 

Araşdırma zamanı ona 2008-ci ildən 2020-ci ilin dekabrınadək ayda 2 762 manat pensiya ödənilməli olduğu halda, 3 474 manat pensiya ödənildiyi aşkar edilib.

Beləliklə, 12 ildən çox müddətdə ona ümumilikdə 319 800 manat pensiya ödənilməli olduğu halda 422 800 manat, yəni 103 000 manat artıq pul ödənildiyi müəyyən edilib. 

Qanunvericiliyin tələbinə əsasən, belə halda artıq ödənilmiş vəsait şəxsin alacağı sosial ödənişdən tutulmalıdır.

V.Mirkamal vəsaitin onun pensiyasından tutulmasına razılıq vermədiyinə görə, Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Filialının 5 may 2021-ci il tarixli  “Artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsi haqqında” Qərarı rəsmi məktubla ona göndərilib, 1 iyun 2021-ci tarixli Qərarla isə Xətai rayon İcra və Probasiya şöbəsinə müraciət edilib. 

Pensiya məbləğinin yenidən artırılmasına dair onun məhkəmə iddiasına da baxılıb, Bakı İnzibati Məhkəməsinin müvafiq Qərar və Qərardadı ilə iddia təmin edilməyib”, - deyə Rəşad Mehdili qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri