22 
Sen
2021
15:32
444
35
4767
Virtual karabakh

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22 Sen, 2021
15:32
4767

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt istiqamətindən Bakıya giriş üçün alternativ yol çəkilə bilər.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, Sumqayıtdan Bakı şəhərinə girişdə tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir:

“Tədbirlər planı çərçivəsində Bakı şəhərinə alternativ yolun çəkilməsi planı da var. Bunun üçün Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin yaxınlığından Bakı şəhərinin Şərifzadə küçəsinə, oradan isə “20 yanvar” istiqamətinə yol çəkilməsi təklif olunub. Bu təklif qəbul olunarsa, həmin ərazidən tunel inşası nəzərdə tutulur”.

A. Nəcəfli bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bununla bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edib. Hələlik təkliflər təsdiqlənməyib.

Mənbə: Trend

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri