22 
Sen
2021
15:28
18
179
5736
Virtual karabakh

SOCAR Neft Emalı Zavodu ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi

22 Sen, 2021
15:28
5736

SOCAR Neft Emalı Zavodu ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən Dövlət Neft Şirkətinə məxsus Heydər Əliyev adına Neft Emalı Zavodundan havaya tüstü buraxılması ilə bağlı görüntülərə aydınlıq gətirilib.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Oxu.Az-a bildirib ki, videoda görünən hadisə bu gün saat 07:40-da baş verib.

Onun sözlərinə görə, zavodun reqlamentinə əsasən, zərurət qarşısında qəzanın baş verməməsi üçün qazlar məşəl lüləsinə buraxılıb yandırılmalıdır:

“Saat 08:30 radələrində qurğuda artıq normal iş fəaliyyəti bərpa edilib. Məşəldə qazların yandırılması davamlı bir hal deyil. Bu tədbir yalnız zərurət qarşısında, çox nadir hallarda həyata keçirilir və daha böyük fəsadlara yol verilməməsi üçün nəzərdə tutulur”.

SOCAR rəsmisi qeyd edib ki, hazırda Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernizasiya layihəsi nəticəsində köhnə qurğular yeniləri ilə əvəzlənməkdədir və bu proses irəlilədikcə məşəldə qazların yandırılmasına səbəb ola biləcək zərurət hallarının başvermə ehtimalı da tədricən azaldılacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri