22 
Sen
2021
16:28
39
184
4228
Virtual karabakh

“Çıraq” platformasında hasilat dayandırıldı

22 Sen, 2021
16:28
4228

“Çıraq” platformasında hasilat dayandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azəri-Çıraq-Günəşli yatağının illik iş proqramının bir hissəsi olaraq “Çıraq” platformasının planlaşdırılmış dayandırılması proqramını həyata keçirəcək.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumatda bildirilir ki, plana əsasən “Çıraq” platformasından hasilat 2021-ci il sentyabr ayının 23-dən başlayaraq təqribən 25 gün müddətinə dayandırılacaq.

Qeyd olunub ki, məqsəd planlaşdırılan profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılmasıdır. Bu proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən, məşəl uclarının dəyişdirilməsi, alışdırma sisteminin modernləşdirilməsi, ötürücü siyirtmələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçiriləcək.

Proqramın iş həcminin əsas hissəsini “Çıraq” qazlift layihəsinin yalnız platformanın dayandığı vaxt icra oluna bilən işləri təşkil edəcək. Bu layihə “Çırağ”ın istismar ömrünün uzadılması, hasilatın gücləndirilməsi və platformada iş prosesinin daha təhlükəsiz və etibarlı şəkildə davam etməsi üçündür.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2020-ci ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2021-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.

AÇG-nin digər platformalarından, həmçinin “Şahdəniz” yatağının platformalarından hasilat,  Bakı-Tbilisi-Ceyhan, Qərb Marşrutu İxrac Boru Kəməri və Cənub Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. “Səngəçal” terminalı da normal işləyəcək, həmçinin “Ceyhan” və “Supsa” terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ uyğun davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri