22 
Sen
2021
23:35
413
25
2065
Virtual karabakh

Niderlandda Rəşid Behbudova həsr olunan poçt markası dövriyyəyə buraxılıb – FOTO

22 Sen, 2021
23:35
2065

Niderlandda Rəşid Behbudova həsr olunan poçt markası dövriyyəyə buraxılıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Niderlandda dünya şöhrətli sənətkar Rəşid Behbudova həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Xalq artistinin qızı müğənni Rəşidə Rəşid məlumat verib.

Marka 2004-cü ildən Niderlandda yaşayan, fəal diaspora nümayəndələrindən olan həmyerlimiz Səltənət Rəvanqızının müəllifi və sponsoru olduğu “Azərbaycan inciləri” layihəsi çərçivəsində buraxılıb. Niderland qanunlarına əsasən   vətəndaşlar dövlət  səviyyəsində poçt markalarının buraxılmasını sifariş edə bilərlər. Bunun üçün markanın məzmunu haqqında lazım olan dövlət orqanlarlna məlumat verilir və bu məlumatlar yoxlanıldıqdan sonra markanln çapına icazə verilir.

Səltənət Rəvanqızı Niderlandda belə bir qanunun mövcudluğu haqqında məlumat alandan sonra “Azərbaycan inciləri” layihəsinə start verir. Beləki, dövlət səviyyəsində buraxılan markalar nəinki poçt ödənişləri vasitəsidir, eyni zamanda ölkəmizin mədəni dəyərlərinin təbliği və tanıdılması üçün olduqca güclü vasitədir. 

“Azərbaycan inciləri” çərçivəsində buraxılan markalar artıq PostNL sistemində geniş istifadə olunur və hətta ABŞ, İsrail, Azərbaycan və digər ölkə poçtlarında da tətbiq olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri