23 
Sen
2021
09:50
16
151
3603
Virtual karabakh

Avtomobillə qudasını əzib öldürdü, tutuldu - RƏSMİ AÇIQLAMA

23 Sen, 2021
09:50
3603

Avtomobillə qudasını əzib öldürdü, tutuldu - RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 22-i saat 14:00 radələrində 1966-cı il təvəllüdlü Fərrux Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə Goranboy rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin qohumu 1956-cı il təvəllüdlü Əmiraslan Nağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı idarə etdiyi “Niva” markalı avtomobillə Fərrux Qasımovun üzərinə sürməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əmiraslan Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, F.Qasımovla Ə.Nağıyev qudadırlar. Əmiraslan Nağıyev İkinci Qarabağ müharibəsi şəhidi, gizir Vüsal Nağıyevin atasıdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri