23 
Sen
2021
11:48
149
33
1652
Virtual karabakh

Bərdə və Göyçay sakinlərindən marixuana tapıldı - FOTO

23 Sen, 2021
11:48
1652

Bərdə və Göyçay sakinlərindən marixuana tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə,  şübhəli bilinən rayon sakinləri Qadir Haqverdiyev və əvvəllər məhkum olunmuş Rasim Quliyev saxlanılıb.

R.Quliyevin evinə baxış keçirilən zaman doqquz kiloqrama yaxın marixuana, Q.Haqverdiyevin üzərindən isə heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktlarla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Göyçay şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Adil İsgəndərovun yaşadığı ünvanda narkotik vasitə gizlətməsi barədə məlumat daxil olub.

Keçirilən tədbir zamanı o, şübhəli şəxs qismində saxlanılıb və yaşadığı ünvandan 465 qram qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri