23 
Sen
2021
12:04
202
45
7540
Virtual karabakh

Elçin Babayev Abel Məhərrəmovun yaxınını çıxarıb, öz qohumunu vəzifəyə gətirib? - AÇIQLAMA

23 Sen, 2021
12:04
7540

Elçin Babayev Abel Məhərrəmovun yaxınını çıxarıb, öz qohumunu vəzifəyə gətirib? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Tədrisin Təşkili və İdarə Olunması Mərkəzinin direktoru vəzifəsinə öz qohumunu təyin edib.

Bu barədə Qaynarinfo məlumat yayıb.

Bildirilib ki, bir müddət əvvəl rektorun müvafiq əmri ilə BDU-da Tədris Departamenti və Tədris Elektron Mərkəzi birləşdirilib. Əvəzində Tədrisin Təşkili və İdarə Olunması Mərkəzi yaradılıb.

Mərkəzin direktoru vəzifəsinə BDU-da tədris hissə müdiri, rektorun qohumu Elçin Məmmədov təyin olunub. 

Tədris Departamentin və Tədris Elektron Mərkəzinə bundan əvvəl sabiq rektor Abel Məhərrəmova yaxınlığı ilə tanınan Qurbanova Məlahət Müsrət qızı rəhbərlik edib.

BDU-nun mətbuat xidmətindən isə Oxu.Az-a bildirilib ki, sözügedən mərkəz 2019-cu ildə yaradılıb:

“Elçin Məmmədov 2000-ci ildən BDU-da çalışır, laborant, baş laborant, müəllim, sektor müdiri, şöbə müdiri işləyib, 2019-cu ildən isə Mərkəzin direktorudur. Rektorla hər hansı qohumluğu yoxdur”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri