23 
Sen
2021
15:35
32
469
5633
Virtual karabakh

Elnur Əşrəfoğlunun həyat yoldaşı sağalıb, özü ağır vəziyyətdədir - YENİLƏNİB

23 Sen, 2021
15:35
5633

Elnur Əşrəfoğlunun həyat yoldaşı sağalıb, özü ağır vəziyyətdədir - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elnur Əşrəfoğlu ECMO aparatına qoşulu vəziyyətdədir.

Bu barədə Oxu.Az-a onun həyat yoldaşı məlumat verib. 

O bildirib ki, E.Əşrəfoğlunun böyrək çatışmazlığı olduğundan dializ təyin edilir. 

E.Əşrəfoğlunun həyat yoldaşı da koronavirusa yoluxsa da, artıq sağalıb.

“Elnur koronavirusa yoluxan ilk günlər mən ona baxırdım. Ondan dörd gün sonra mən də yoluxdum. Lakin, vaksin olunduğum üçün tez və yüngül keçirdim. Üç gün hərarətim oldu, sonra toparlandım. Artıq karantin müddətim də keçib. İnşallah Elnur da sağalsın”, - jurnalistin həyat yoldaşı qeyd edib.

12:52

Koronavirusa yoluxmuş tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağırdır.

Bu barədə Oxu.Az-a “Yeni Klinika”dan məlumat verilib.

Bildirilib ki, Elnur Əşrəfoğluna 4 gündür ECMO dəstəyi davam edir:

“Vəziyyəti ağır olaraq qalır. Təəssüf ki, ciddi irəliləyiş yoxdu. İntensiv müalicə davam edir”.

Qeyd edək ki, 10 il öncə Elnur Əşrəfoğlunun böyrəyinin biri çıxarılıb. O, bu ayın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan E.Əşrəfoğlu daha sonra “Yeni Klinika”ya köçürülüb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri