23 
Sen
2021
13:50
39
245
2120
Virtual karabakh

Balakən və Zaqatalaya sel gəlib - FAKTİKİ HAVA

23 Sen, 2021
13:50
2120

Balakən və Zaqatalaya sel gəlib - FAKTİKİ HAVA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 23-ü saat 13:00-a olan məlumata əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olub.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü yağış nəticəsində Balakənçay (Balakən), Katexçay Katex və Talaçayda (Zaqatala) hazırda sel və daşqın hadisəsi müşahidə olunur.

Balakənçay məntəqəsində 144 mm, Balakəndə 137 mm (aylıq normanın 161 %-i), Əlibəydə 12 mm (aylıq normanın 100%-i), Zaqatalada 94 mm (aylıq normanın 110 %-i), Sarıbaşda (Qax) 3 mm, Qusar, Göygöldə 2 mm, Kişçay (Şəki), Astara, Xaltan, Quba, Şəki, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Daşkəsən, Şərurda 1 mm-dək olub.

Sentyabrın 22-də cənub-şərq küləyi Ağstafada 20 m/s, Cəfərxan, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri