23 
Sen
2021
17:40
28
597
2595
Virtual karabakh

Azərbaycanda əhali gündəlik xərclərini qarşılamaq üçün daha çox kredit almağa başlayıb

23 Sen, 2021
17:40
2595

Azərbaycanda əhali gündəlik xərclərini qarşılamaq üçün daha çox kredit almağa başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin sentyabr ayının 1-nə Azərbaycanda kredit portfelinin ümumi həcmi 15 608 000 000 manat olub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ayla müqayisədə 1,6 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,3 faiz çoxdur.

Avqust ayı ərzində bankların kredit portfelinin həcmi 240 600 000 manata yaxın artıb. Buna paralel olaraq ölkədə problemli kreditlərin həcmi də artaraq 904 200 000 manat olub. Bu, əvvəlki ayla müqayisədə 3,6 faiz, illik müqayisədə 15,1 faiz azdır. Vaxtı keçmiş kreditlərin həcmi isə ümumi kredit portfelinin 5,8 faizini təşkil edib.

Kreditlərin 2 899 900 000 manatı dövlət bankları tərəfindən təmin edilib ki, bu da əvvəlki ayla müqayisədə 0,9 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 10,9 faiz çoxdur.

Özəl banklar tərəfindən isə 12 307 000 000 manat həcmində kredit verilib. Aylıq müqayisədə özəl banklar 1,8 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 5,3 faiz çox kredit verib.

Digər kreditlər isə bank olmayan kredit təşkilatları tərəfindən təmin edilib və onların kredit portfelinin həcmi 401 200 000 milyon manat olub. Bu illik müqayisədə 5,3 faiz çox olsa da, son bir ay ərzində BOKT-ların kredit portfeli sabit qalıb.

2021-ci il sentyabr ayının 1-nə olan göstəricilərə əsasən, əhalinin istehlak kreditlərinin (ev təsərrüfatı) həcmi 7 691 700 000 milyon manat olub. Bu isə cəmi kreditlərin 49,3 faizini təşkil edib.

İstehlak kreditlərinin həcmi əvvəlki ayla müqayisədə 3,1 faiz, illik müqayisədə 15,5 faiz çoxdur. Bu isə onu göstərir ki, son bir il ərzində əhali gündəlik xərclərini qarşılamaq üçün bankların təmin etdiyi kreditlərdən daha çox yararlanmağa başlayıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri