23 
Sen
2021
19:22
278
77
1402
Virtual karabakh

Dövlət Gömrük Komitəsinin sədri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

23 Sen, 2021
19:22
1402

Dövlət Gömrük Komitəsinin sədri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Səfər Mehdiyev Azərbaycanla İsrail arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən razılığını bildirərək, bütün sahələrdə olduğu kimi, gömrük sferasında da səmərəli və işgüzar əlaqələrin qurulduğunu söyləyib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsindən bəhs edən Komitə sədri Qarabağ münaqişəsinin sona yetməsi nəticəsində regionda yeni iqtisadi imkanların yarandığını deyib. 

Azərbaycanla İsrail arasında ticarət dövriyyəsindən də bəhs edən Səfər Mehdiyev gömrük orqanlarının da bu sahədə mühüm rol oynadığını bildirib. 

Corc Dik Vətən müharibəsində qazanılan qələbə münasibətilə təbriklərini çatdırıb, işğaldan azad olunan ərazilərə səfərinin onda zəngin təəssüratlar yaratdığını bildirib. İsrail Dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayan səfir iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirib, gömrük orqanları arasındakı əlaqələrdən bəhs edib və birgə əməkdaşlığın perspektivlərindən danışıb.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri