23 
Sen
2021
20:11
316
35
2415
Virtual karabakh

Sumqayıtda şəhər daxilində hərəkət edən bütün sərnişin avtobuslarında ödəniş kart sistemi ilə olacaq

23 Sen, 2021
20:11
2415

Sumqayıtda şəhər daxilində hərəkət edən bütün sərnişin avtobuslarında ödəniş kart sistemi ilə olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda ictimai nəqliyyat vasitələri kart sisteminə keçir. 

Oxu.Az xəbər verir ki, kart sisteminə keçilməsi üçün proses pandemiyadan əvvəl başlanıb.

Artıq sentyabrın 28-dən etibarən Sumqayıtda şəhər daxilində hərəkət edən bütün sərnişin avtobuslarında ödəniş qaydası kart sisteminə keçiriləcək. 

Qeyd edək ki, buna qədər yalnız Ceyranbatan - Sumqayıt marşrut xətti üzrə hərəkət edən 9 nömrəli avtobuslarda kart sistemi tətbiq edilirdi.

Kartların qiyməti 2 AZN təşkil edəcək. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Oxu.Az-a açıqlamasında bildirib ki, yeni alınan 206 sərnişin avtobusunun hər birində artıq validatorlar quraşdırılıb və sınaqdan keçirilib:

“Ayın 28-dən xəttə buraxılan yeni sərnişin avtobuslarının hər birində sərnişinlər gediş haqqlarını kart sistemi vasitəsilə edəcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri