23 
Sen
2021
20:24
16
295
3015
Virtual karabakh

Balakəndə sel səbəbindən 25 ailə təxliyə edildi: Qaz, elektrik və su təchizatında problemlər yaranıb

23 Sen, 2021
20:24
3015

Balakəndə sel səbəbindən 25 ailə təxliyə edildi: Qaz, elektrik və su təchizatında problemlər yaranıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün saat 18:30 radələrində Balakən rayonunda davam edən yağış nəticəsində rayon ərazisindən keçən Balakən çayı məcrasından çıxdığı üçün çay sahilində yerləşən Salban yaşayış məntəqəsində 118 ailədən (450 nəfər) 25 ailənin (80 nəfər) təxliyə edilməsi zərurəti yaranıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən su basmış ərazilərdə zəruri tədbirlər görülür və vəziyyət nəzarət altındadır.

Bundan əlavə, Zaqatala və Balakən rayonlarının bir sıra yaşayış məntəqələrində selin vurduğu zərər nəticəsində qaz, elektrik və su təchizatında problemlər yaranıb.

Qaz, su və elektrik təchizatının bərpa edilməsi, həmçinin kənara çıxan su axınının məcrasına qaytarılması üçün FHN və digər aidiyyəti qurumların texnikaları və şəxsi heyəti ərazidə fəaliyyətini davam etdirir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri