24 
Sen
2021
09:44
100
15
1206
Virtual karabakh

Bakıda qadını bıçaqlayaraq öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən Ramil Rəhmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, iyunun 6-sı saat 23 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Svetlana Məmmədovanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı R.Rəhmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Svetlana Məmmədovaya xəsarətlər yetirib, sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra R.Rəhmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri