24 
Sen
2021
10:32
163
19
2267
Virtual karabakh

Azərbaycanda məhkumların xaricdəki əmlakı müsadirə olunacaq?

24 Sen, 2021
10:32
2267

Azərbaycanda məhkumların xaricdəki əmlakı müsadirə olunacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi xari­ci ölkələrdə yerləşən əmlakın müsadirə edilməsi, həmin əmlakın yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görüb.

Bu barədə idarənin rəisi Vüqar Əliyev məlumat verib.

Onun sözlərinə görə, ilk dəfə ola­raq məhkum edilmiş şəxslərin xaricdə olan əmlakların müsadirə edilməsi məqsədilə Cinayət Prosessual Məcəlləsinin 521-ci maddəsinin tələblərinə əsasən iki şəxs barəsində çıxarılmış məhkəmə qərarları və digər zəruri sənədlərin sorğu verilən xarici ölkələrin dillərinə tərcüməsi təmin edilib, təqsirləndirilən şəxsin adına Türkiyənin “Yapı Kredi Bank”ındakı hesabında 87 740,39 ABŞ dolları, Almaniyanın “Deutche Bank”ındakı hesabında 10 142 832,04 ABŞ dolları və İsveçrənin kommersiya bankındakı 1 257 222 ABŞ dolları məbləğində pul vəsaitinin xüsusi müsadirə edilməsi ilə bağlı həmin dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib.

Fəaliyyət göstərdiyi müddət ərzində idarə istintaq qurumlarının sorğusuna əsasən 35 sayda əmlakın o cümlədən, 3 torpaq sahəsi, 6 nəqliyyat vasitəsi, 26 daşınmaz əmlakın mövcud­luğunu yerində yoxlanılmaqla bazar kon­yunkturasına uyğun qiymətləndirib.

Təqdim olunan məlumatlar əsasında sorğu verən istintaq orqanının qiymətləndirdiyi əmlakların üzərinə həbs qoyulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri