24 
Sen
2021
15:35
174
19
3083
Virtual karabakh

Ərzaq kartofuna dair yeni dövlət standartı təsdiq edildi

24 Sen, 2021
15:35
3083

Ərzaq kartofuna dair yeni dövlət standartı təsdiq edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ərzaq kartofunun istehsal və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğun tənzimlənməsini təmin etmək məqsədilə AZS 901-2021 “Ərzaq kartofu. Texniki şərtlər” dövlət standartı qəbul edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, standart “Tərəvəz toxum” əkin materiallarının, yetişdirilmiş məhsulların istehsalının, emalının, saxlanmasının, daşınmasının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Beynəlxalq standartlara və yerli şəraitə uyğun aparılan elmi tədqiqat işlərinin nəticələrinə əsaslanaraq qəbul edilən yeni dövlət standartının müzakirəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq elmi tədqiqat institutlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri