25 
Noy
2014
11:40
26
61
11598
Virtual karabakh

Şeyx Azərbaycanda qadın mollalardan danışdı

25 Noy, 2014
11:40
11598

Şeyx Azərbaycanda qadın mollalardan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz mentalitetimiz etibarilə...”.

Yas mərasimlərinin keçirilməsi qaydaları xeyli vaxtdır müzakirə olunur.

Müvafiq qurumlar yas mərasimlərinin keçirilməsi ilə bağlı müəyyən qaydaların tətbiqini zəruri hesab etsələr də, hələ ki israfçılığa son qoymağa tam nail olmaq mümkün deyil.

Azərbaycanda uzun illərdir yas mərasimlərinə dəvət olunan mollalarla da bağlı problemlər qalmaqdadır. Bu mərasimləri idarə edən kişi mollaların müəyyən qaydalar çərçivəsində yas mərasimlərində iştirakı qismən həll olunub.

Ancaq yas mərasimlərində iştirak edən qadın mollalardan, ümumiyyətlə, danışan yoxdur.  

Bəzi dindarların iddiasına görə, İslam dinində qadın molla yoxdur.

Bu səbəbdən sual yaranır: “Yas mərasimlərində başsağlığına gələn qadınları “yola verib”, 50-100 manat arası “haqq” alanlar kimlərdir?

Oxu.Az xəbər verir ki, Modern.az saytı məsələyə dair kiçik bir araşdırma aparıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmər Cavadlı Modern.az-a bildirib ki, Azərbaycan mühiti üçün “qadın molla” anlayışı tarixi, ictimai və milli-mənəvi ifadədir: 

“Hər anlayışın mənşəyini dində axtarmaq bir az məntiqli deyil. İslam dini kişilər üçün elmi nə qədər vacib bilibsə, qadınlar üçün də savadlanmanı, elm sahibi olmağı bir o qədər vacib hesab edib. Elm axtarışında insan haralara qədər gedər, nəyi seçib nəyə üstünlük verər, bu onun öz işidir. Bizim Azərbaycan mühiti üçün “qadın molla” anlayışı tarixi, ictimai və milli-mənəvi ifadədir. Əsrlər boyu Azərbaycanda qızlar üçün mollaxanalar, mədrəsələr, Quran-çərəkə dərsləri olub, belə dini savada malik xanımlar başqalarından daha çox hörmətlə qarşılanıblar. Biz mentalitetimiz etibarilə yas və toy məclislərini kişilər və qadınlar üçün uzun illər boyu əlahiddə eləmişik. Hər məclisin öz aparıcısı olmalıdır ki, bu vəzifəni də qadın yas məclislərində qadın mollalar aparırlar. Bəzi bölgələrimizdə indi unudulan xüsusi kateqoriya qadınlara - ağıçılara da rast gəlinir. Mən şəxsən hesab edirəm ki, onlar bizim folklor ustalarımızdır və belə nadir səsə, yaddaşa, istedada malik qadınları qoruyub saxlamaq lazımdır”.

QMİ rəsmisi qadın mollaların əksəriyyətinin kortəbii şəkildə formalaşdığını və buna görə də onlara nəzarətin qeyri-mümkün olduğunu da vurğulayıb: “Qadın mollaların bir qismi Bakı İslam Universiteti  və Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin, bir qismi yerli mədrəsə və “Quran” kurslarının məzunlarıdır. Onlar daha savadlı ilahiyyatçılar kimi tanınırlar. Yaddan çıxarmayın ki, yas məclisi - el məclisidir. El məclisində elin tanıdığı, bəyəndiyi, seçdiyi adam mollalıq edər. Onun üzərində nəzarəti də el özü edə bilər.

Qəmər Cavadlı ölkədəki qadın molların qeydiyyatda olduğunu da bildirib: “Ölkəmizdə mövcud olan və rəsmən qeydiyyatdan keçən məscidlərin icmasında qadınlar varsa və onlar əməleyi-mot (müasirləşərək dini ayinləri yerinə yetirən şəxs adlanır) kimi fəaliyyət göstərirlərsə, deməli həmin qadınlar qeydiyyatdadırlar. Amma say etibariylə onlar çox olduğundan gündəlik olaraq onları nəzarətdə saxlamaq qeyri-mümkündür”.

Dini yazar Kənan Rövşənoğlunun sözlərinə görə, ümumiyyətlə dində “molla” anlayışı yoxdur: 
“Ümumiyyətlə, yas mollası deyilən bir vəzifə yoxdur. İslama görə, dünyadan gedən müsəlman üçün 4 əməl vacibdir: meyitin yuyulub qüsullanması, kəfənə bükülməsi, meyit namazının qılınması və dəfn olunması. Bu dəfn qaydalarını bilən istənilən müsəlman onu həyata keçirə bilər. İnsanların dini bilgiləri az olduğu üçün bu işi daha yaxşı bilən şəxsə, yəni din xadiminə müraciət edir. Ancaq İslamda bu şərt deyil, istənilən bilici insan bu uşləri icra edə bilər”.

Yas məclislərinə gəldikdə, Kənan Rövşənoğlu bu məclislərin göründüyü kimi dinin vacib buyurduğu işlər sırasına daxil olmadığını bildirib: “Ölü yaxınları məclis sahiblərinə başsağlığı vermək  üçün gəlir və yas sahibi də onlar üçün məclis təşkil edir. Zamanla yaranan adətlərə görə dini bilikləri çox olan insanlar o məclislərdə insanlara din və əxlaq, axirət mövzularında moizə edir. Bu bizdə daha çox sovet dövründə geniş yayılıb. Yəni xüsusi bir məclis mollası anlayışı yoxdur”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri