25 
Sen
2021
09:38
245
31
4353
Virtual karabakh

Bakıda icarəyə götürdüyü avtomobillə avtoxuliqanlıq edən şəxs SAXLANILDI - FOTO/VİDEO

25 Sen, 2021
09:38
4353

Bakıda icarəyə götürdüyü avtomobillə avtoxuliqanlıq edən şəxs SAXLANILDI - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda icarəyə götürdüyü avtomobillə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Belə ki, gecə saatlarında şəhərdə sükutu pozan Sadiq Hüseynov olub.

O, icarəyə götürdüyü KİA markalı nəqliyyat vasitəsilə Nəsimi rayonu ərazisində yol polisinin saxla əmrinə tabe olmayıb. Yol Patrul Xidmətinin əməkdaşları sürücünü saxlamaq üçün onu təqib ediblər. Lakin sürücü avtoxuliqanlıq əməlini törədərək Mircəlal Paşayev küçəsini əks istiqamətdə hərəkət edib.

Bir neçə avtomobilə ciddi təhlükə yaradan sürücü kəsişmədə süni tıxacda qalıb. S.Hüseynov nəqliyyat vasitəsinin qapılarını bağlayaraq yol polislərindən yaxa qurtarmağa çalışıb. Əraziyə dəvət olunmuş Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları zorla qapını açmağa müvəffəq olub. S.Hüseynov bunu görüb avtomobildən enərək naməlum istiqamətə qaçmağa çalışıb. Ancaq polis əməkdaşları onu saxlayıb.

Yol Polisinin verdiyi məlumata görə, sürücü təhlükə yaradaraq avtoxuliqanlıq əməli törədib.

Faktla bağlı araşdırma aparılır. Sürücü isə inzibati məsuliyyətə cəlb edilib.

Mənbə: APA

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri