26 
Sen
2021
19:36
252
33
3348
Virtual karabakh

Binəqədi və Xəzər rayonları yağış sularından təmizlənib - VİDEO

26 Sen, 2021
19:36
3348

Binəqədi və Xəzər rayonları yağış sularından təmizlənib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

26 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Bakı şəhərində bəzi fərdi evlər və həyətyanı sahələrin, kommunikasiya obyektinin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bununla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb edilib.

Görülmüş tədbirlər sayəsində paytaxın Binəqədi və Xəzər rayonları üzrə subasmaya məruz qalmış ərazilərdən yağış sularının kənarlaşdırılması təmin olunub.

Hazırda bəzi ünvanlarda yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri