27 
Sen
2021
12:01
563
18
5272
Virtual karabakh

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTOREPORTAJ

27 Sen, 2021
12:01
5272

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Oxu.Az xəbər verir ki, sükutla əlaqədar ölkə ərazisində bütün nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti dayandırılıb.

Qeyd edək ki, bir il əvvəl bu gün Azərbaycanın Müzəffər Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın azad olunması uğrunda əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub. 

Vətən müharibəsi nəticəsində 2914 hərbi qulluqçumuz şəhid olub. Bundan başqa, erməni silahlı birləşmələrinin Azərbaycanın müxtəlif ərazilərində dinc əhaliyə qarşı törətdiyi cinayətlər nəticəsində 94 mülki şəxs şəhid olub.

Dövlət başçısının sərəncamları ilə, sentyabrın 27-si ölkədə Anım Günü, noyabrın 8-i isə Zəfər Günü olaraq qeyd edilir.

FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri