27 
Sen
2021
12:46
407
11
2545
Virtual karabakh

“SOCAR Polymer”in şəhid olan əməkdaşının əmisi: “Azad hər zaman adına layiq yaşadı” - VİDEO

27 Sen, 2021
12:46
2545

“SOCAR Polymer”in şəhid olan əməkdaşının əmisi: “Azad hər zaman adına layiq yaşadı” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SOCAR Polymer” şirkəti tərəfindən şəhidimiz Azad Bəkirlinin əziz xatirəsinə həsr olunan videoçarx hazırlayıb.

Vətən müharibəsi şəhidimiz Azad Bəkirli 1992-ci il sentyabrın 27-də anadan olub.

Şəhidimizin əmisi Azər Bəkirovun sözlərinə görə, qəhrəmanımızın adının Azad olması təsadüf deyil:

“Azadın atası 1990-ci ildə Milli Azadlıq Hərəkatının fəallarından idi. Özü də müharibənin qızğın çağlarında anadan olduğu üçün adını Azad qoydular. O, hər zaman adına layiq yaşadı”.

Qardaşı Məhərrəm Bəkirli qeyd edib ki, Azad çox pozitiv adam olub və hər zaman insanları yaxşı cəhətlərinə görə dəyərləndirib.

Qəhrəmanımızın bacısı Kəmalə Bəkirova oğlu Cavidin qardaşına bənzərliyindən bəhs edib:

“Oğlum Cavidi görəndə elə bilirəm Azadı görürəm. Xarici görünüş olaraq oxşayırlar. Səmimiliyi, saflığı, ürəyinin təmizliyi kimi bənzər xüsusiyyətləri var”.

Məktəbin ilk illərindən A.Bəkirli ilə dostluq edən Elmin Qadiroğlu şəhidimizin motosikleti çox sevdiyini qeyd edib:

“İlk aldığı motosiklet haqda heç kim bilmirdi, ancaq mənə demişdi. Ondan soruşdum ki, evdəkilərə demisən? Qeyd etdi ki, vaxtı gələndə deyəcəm. O, müharibədən 2 ay öncə özünə yeni motosiklet almışdı”.

Azad Bəkirli ilk iş fəaliyyətinə 2016-2017-ci illərdə Bakı Metropolitenində, Nizami stansiyasında başlayıb. 2017-ci ilin dekabrın 6-dan isə “SOCAR Polymer” şirkətində işə qəbul olunub.

Əvvəlcə qablaşdırma üzrə operator kimi işə başlamış daha sonra səmərə verici fəaliyyəti və çalışqanlığı nəzərə alınaraq yüksək sıxlıqlı polietilen sahəsinə keçirilir.

“SOCAR Polymer”in baş direktoru Fuad Əhmədov rəhbərliyin hər zaman ondan razı olduğunu və peşəkarlıq xüsusiyyətlərindən əlavə olaraq insani xüsusiyyətinin də gözəl olduğundan bəhs edib:

“Hər zaman gülərüz idi, kollektivdə də bir çox dostu var idi. Əminliklə deyə bilərəm ki, Azad bizim kollektivin hər zaman üzvü olaraq qalacaq. Bizim ürəyimizdə, qəlbizimdə həmişə onun yeri var. Allahdan onun ailəsinə səbr diləyirik”.

Qeyd edək ki, Azad Bəkirli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri