27 
Sen
2021
13:16
192
36
6246
Virtual karabakh

Sabahın hava proqnozu: Yağış yağacaq

27 Sen, 2021
13:16
6246

Sabahın hava proqnozu: Yağış yağacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18, gündüz 20-22, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. 

Əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 8-13 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri