27 
Sen
2021
16:22
139
19
2114
Virtual karabakh

SOCAR-ın idarə və müəssisələrində anım mərasimi keçirildi - VİDEO

27 Sen, 2021
16:22
2114

SOCAR-ın idarə və müəssisələrində anım mərasimi keçirildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 27-də SOCAR-ın idarə və müəssisələrində Vətən müharibəsi şəhidlərinin Anım Günü keçirilib.

Qurumdan verilən məlumata görə, mərasimlərdə Azərbaycanın azadlığı uğrunda şəhid olan övladlarımızın və o cümlədən həmkarlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bundan başqa SOCAR əməkdaşları təşkil olunan anım tədbirləri çərçivəsində şəhidlərin məzarlarını ziyarət edib, kollektivlər adından şəhidlərin məzarları üzərinə çiçəklər düzüb və əklillər qoyublar.

Tədbirdə çıxış edənlər əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söhbət açıb, şəhidlərin ruhuna dualar oxuyublar.

SOCAR əməkdaşları Vətən müharibəsi dövründə Milli Ordumuzun zəfər yürüşünə layiqli töhfələr veriblər. Şirkətin 500-ə yaxın əməkdaşı könüllü olaraq cəbhəyə yollanıb, döyüşlərdə iştirak edib. Hərbi əməliyyatlar zamanı şirkətin 22 əməkdaşı yaralanıb müxtəlif dərəcəli xəsarətlər alıb, 6 neftçi isə canını Vətən uğrunda qurban verərək şəhidlik zirvəsinə yüksəlib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixində imzaladığı Sərəncama əsasən hər il sentyabr ayının 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri