27 
Sen
2021
18:24
340
32
1017
Virtual karabakh

Şəhid ailələri, qazilər və müharibədən zərər çəkən 30 min nəfərə sosial dəstək göstərilib

27 Sen, 2021
18:24
1017

Şəhid ailələri, qazilər və müharibədən zərər çəkən 30 min nəfərə sosial dəstək göstərilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 7 900 nəfərə 15 700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyinatı aparılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, postmüharibə dövründə də şəhid ailələri və müharibə əlillərinə sosial ödənişlərin növbəti dəfə əhəmiyyətli şəkildə artırılması təmin edilib. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün 300 manatdan 500 manata, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün I dərəcə üzrə 250 manatdan 400, II dərəcə üzrə 230 manatdan 350, III dərəcə üzrə 210 manatdan 300, Milli Qəhrəmanlarımız üçün 1 500 manatdan 1 800 manata çatdırılıb. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2 000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunub.

Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2014-2019-cu illərdə uçota alınmış şəxslərin, həmçinin 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələrinin, bu müharibənin əlillərinin 5 il ərzində mərhələli şəkildə 11 min mənzil və ya fərdi evlərlə təmin olunması nəzərdə tutulub. 

Mühüm dəstək tədbirlərindən biri kimi, postmüharibə dövründə 142 hərbçi son nəsil yüksək texnologiyalı protezlə təmin olunub. Yuxarı ətrafları amputasiya olunmuş qazilərin də yaxın günlərdə son nəsil protezlə təminatına başlanacaq. 

Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri, qazilər, erməni terrorundan zərər çəkən şəxslərdən ibarət 5 320 nəfər özünüməşğulluq proqramına, 530 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, 1 310 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilib. Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 518 işəgötürən qoşularaq, 2641 vakansiya təqdim edib, həmin vakansiyalar üzrə artıq 765 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri