27 
Sen
2021
20:12
560
10
1563
Virtual karabakh

Vətənə canını qurban verənlər: Murad Məmmədovun xatirəsi əbədiləşdirildi - FOTO

27 Sen, 2021
20:12
1563

Vətənə canını qurban verənlər: Murad Məmmədovun xatirəsi əbədiləşdirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 günlük Vətən müharibəsində şanlı tarix yazan ordumuzun qəhrəman şəhidlərindən biri olan Məmmədov Murad Elşən oğlunun xatirəsi əbədiləşdirilib.

Oxu.Az xəbər verir ki, Murad Məmmədovun yaşadığı Nizami rayonunda onun xatirə kompleksi ucaldılıb.

Kompleksin açılışında şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları iştirak edib, şəhidin ruhuna dualar oxunub.

Murad Məmmədov 1996-cı il sentyabrın 25-də Bakı şəhərində anadan olub. O, 2002–2013-cü illərdə 272 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013–2017-ci illərdə isə “Ərciyəs” Universitetini bitirib.

Tovuz döyüşləri zamanı könüllü olaraq adını orduya yazdıran Murad 27 sentyabrda başlanan Vətən müharibəsində iştirak edib.

Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edən igidimiz oktyabrın 15-də şəhadətə yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Məmmədov Murad  ölümündən sonra “Vətən uğrunda medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri