27 
Sen
2021
20:43
520
14
2113
Virtual karabakh

Gürcüstan əsilli Qarabağ şəhidlərinin xatirəsi yad edilib - FOTO

27 Sen, 2021
20:43
2113

Gürcüstan əsilli Qarabağ şəhidlərinin xatirəsi yad edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Bolnisi rayonunun Babakişilər kəndində Qarabağ şəhidlərinin xatirəsi anılıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan səfirliyi məlumat yayıb.

Mərasimdə Azərbaycanın Gürcüstandakı hərbi attaşesi polkovnik-leytenant Fuad İbrahimov, səfirlik, SOCAR şirkətinin əməkdaşları, şəhidlərin yaxınları və kənd sakinləri iştirak ediblər.

Tədbir çərçivəsində I Qarabağ müharibəsində əslən Babakişilərdən olan şəhidlər Cəfərov Ruslan Elman oğlu, Gülməmmədov Ədalət Qədir oğlu, eləcə də Vətən müharibəsi şəhidi Əkbər Panahovun xatirəsinə quraşdırılmış xatirə lövhəsi ziyarət olunub, önünə səfirlik adından əklil qoyulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri