27 
Sen
2021
22:23
586
20
3952
Virtual karabakh

İtkin düşən əsgərin atası: “Qolsuz-ayaqsız gəlsin, təki sağ gəlsin” – VİDEO

Baku TV-də yayımlanan “Arzu Kəlbinin reportajı”nın növbəti buraxılışı İkinci Qarabağ müharibəsində itkin düşən əsgər Aydın Feyzullayevə həsr olunub.

Övladını həsrətlə gözləyən Zakir Feyzullayev Aydınla son telefon danışığından bəhs edib, keçən bir il ərzində ailənin yaşadıqlarından danışıb.

O bildirib ki, oğlu sentyabrın 27-si müharibə başlayanda əlaqə saxlayıb Füzulidə olduğunu deyib. 

“Sentyabrın 27-30-u arası əlaqə saxladı, danışdıq. Mənə deyirdi ki, ata, kinolarda gördüyünü burda yaşayırıq. Ən sonuncu dəfə 30 sentybarda danışdı mənlə. Dedi, ata, hücuma gedəcəyik, zəng etdim ki narahat qalmayın. O gündən bu günə xəbər yoxdur”, – deyə o bildirib.

Övladının yaşadığına ümidini itirməyən ata aidiyyəti qurumların məsələni diqqətdə saxladıqlarını deyib.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri