28 
Sen
2021
10:12
215
2
890
Virtual karabakh

İsveçrədəki “Qarabağ” məktəbində Anım Günündən danışılıb - FOTO

28 Sen, 2021
10:12
890

İsveçrədəki “Qarabağ” məktəbində Anım Günündən danışılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçrədə fəaliyyət göstərən “Qarabağ” həftəsonu məktəbində 27 sentyabr - Anım gününə həsr olunmuş dərs keçirilib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Leyla Bağırzadənin onlayn formatda apardığı dərsdə bir il bundan öncə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən əldə olunmuş parlaq qələbə, həmin tarixi hadisənin 27 sentyabrdan başlandığı barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, xalqımız və dünyadakı azərbaycanlılar Vətənimizin adını hərb tarixinə qızıl hərflərlə həkk edən qəhrəmanlarımızın fədakarlığını heç bir zaman unutmayacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri