28 
Sen
2021
10:44
104
30
1678
Virtual karabakh

DYP-dən sürücülərə müraciət: Diqqətli olun!

28 Sen, 2021
10:44
1678

DYP-dən sürücülərə müraciət: Diqqətli olun!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sürüşmənin qarşısını almaq üçün nəqliyyat vasitələrinin texniki sazlıqlarına diqqət yetirsinlər.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciətində qeyd edib.

O bildirib ki, yağışlı hava şəraiti ilə əlaqədar sürücülər yollarda diqqətli olmalıdır:

“Sürücülər yağışın əmələ gətirdiyi gölməçələrdən keçərkən digər hərəkət iştirakçılarını, xüsusilə piyadaları nəzərə alsınlar. İnsanların daha çox narazılıq etdiyi məqamlardan biri yağışlı hava şəraitində sürücülərin bu kimi normalara laqeyd yanaşması olur.

Bununla yanaşı avtomobillərin silgəclərinin işlək vəziyyətdə olmasına diqqət etsinlər. Çünki yağışlı havada görmə məhdudiyyəti yaradan məqamlar olmamalıdır. Mövsümə uyğun olaraq avtomobillərin təkərlərinin dəyişdirilməsi önəmli faktorlardandır. Sürüşmənin qarşısını almaq üçün nəqliyyat vasitələrinin texniki sazlıqlarına diqqət yetirilməlidir. Günün pik saatlarında hərəkətdə olarkən diqqətli olmaq, piyadaların qəfil yola çıxma ehtimallarını nəzərə almaq lazımdır”.

“Sürücülər mövcud hava şəraitini nəzərə alaraq sürət həddini aşağı salmalıdırlar. Sürət həddi 110 km/saat yollarda maksimum sürətlə getmək şərt deyil. Şəhərdə müəyyən yerlərdə məlumatlandırıcı lövhələr var, ancaq rayonlararası yollarda həmin lövhələr olmaya bilər. Ona görə də, sürücülər bu məsələyə xüsusi diqqət etməlidir”, - deyə A.Əsgərli bildirib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri