28 
Sen
2021
11:52
106
10
1375
Virtual karabakh

Memorial.az saytının və “Yaddaş kitabı”nın təqdimat mərasimi keçirildi - FOTO

28 Sen, 2021
11:52
1375

Memorial.az saytının və “Yaddaş kitabı”nın təqdimat mərasimi keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Vətən müharibəsinin ildönümünə həsr edilmiş Memorial.az saytının və “Yaddaş kitabı”nın təqdimat mərasimi keçirilib.

Oxu.Az-ın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Memorial.az saytının baş redaktoru Vüsal Məmmədov, Müdafiə Nazirliyinin nümayəndələri, tanınmış media nümayəndələri, şəhid ailələrinin üzvləri və s. rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə əvvəlcə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova qeyd edib ki, şəhidlər mövzusu Azərbaycan xalqı üçün həmişə həssas və müqəddəsdir.

Daha sonra çıxış edən saytın baş redaktoru Vüsal Məmmədov saytla bağlı tədbir iştirakçılarına geniş məlumat verib:

“Şəhidlərlə bağlı məlumatlarda pərakəndəlik var idi. Onlarla bağlı məlumatlar daha da dəqiqləşdiriləcək və sistemləşdiriləcək”.

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc isə vurğulayıb ki, Vətən müharibəsinin bir ili qarşısında memorial.az-yaddaş kitabının yaradılması şəhidlərimizin müqəddəs əməllərini tarixiləşdirmək və gələcək nəsillərə ötürmək baxımından mühüm hadisədir.

Tədbir daha sonra çıxışlarla davam edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri