28 
Sen
2021
12:24
203
77
7681
Virtual karabakh

Sabah leysan olacaq - PROQNOZ

28 Sen, 2021
12:24
7681

Sabah leysan olacaq - PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 15-17, gündüz 19-21 dərəcə olacaq. Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 17-22, dağlarda gecə 4-8, gündüz 8-13 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri