28 
Sen
2021
14:04
198
12
1287
Virtual karabakh

Beynəlxalq təşkilatların Qarabağdakı dağıntılarla bağlı susqunluğuna həsr olunmuş VİDEOÇARX

28 Sen, 2021
14:04
1287

Beynəlxalq təşkilatların Qarabağdakı dağıntılarla bağlı susqunluğuna həsr olunmuş VİDEOÇARX

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UNESCO və digər beynəlxalq strukturlar əvvəlki kimi, erməni işğalı zamanı Qarabağda və Şərqi Zəngəzurda törədilmiş dağıntıların miqyasına göz yummaqda davam edirlər.
Bu barədə “VMedia” “Youtube”-kanalının hazırladığı növbəti videoçarxda deyilir.

“2020-ci il – bu, dağıdılmış Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və ümumi sahəsi 10 min kv.m-dən çox olan daha 300 yaşayış məntəqəsidir. 30 illik erməni işğalı onları bu görkəmə salıb”, - kanalın müəllifləri qeyd edirlər.

Videoçarxda bildirilir ki, dəhşətli vəhşiliyin bu qorxunc mənzərəsi İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsindən sonra ortaya çıxıb:

“Bəşər tarixi heç vaxt - nə Birinci və İkinci Dünya müharibələri, nə də hər hansı digər işğalçı müharibələr zamanı belə bir vəhşiliyin şahidi olmayıb. Lakin nə dünya ictimaiyyəti, nə UNESCO, nə də BMT Təhlükəsizlik Şurası bu cinayətləri, Azərbaycanın mədəni və tarixi obyektlərinin qəsdən məhv edilməsini pisləməyiblər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri