29 
Sen
2021
15:48
12
211
1983
Virtual karabakh

Ucarın 50 ildir bərbad halda olan mərkəzi küçəsi - VİDEO

29 Sen, 2021
15:48
1983

Ucarın 50 ildir bərbad halda olan mərkəzi küçəsi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucarın Şıxəli Qurbanov küçəsinin sakinləri 50 ildən çoxdur ki, yol problemindən əziyyət çəkirlər. 

Baku TV xəbər verir ki, kiçikli-böyüklü, hər kəsin narazılığına səbəb olan küçə şəhərin mərkəzinə birbaşa çıxışı olan yoldur. Onlarla ailənin, o cümlədən şəhid ailəsinin dəfələrlə müraciətinə baxmayaraq, illərdir Şıxəli Qurbanov küçəsində bərbad vəziyyət hökm sürməkdə davam edir.  

Məsələ ilə bağlı Ucar Rayon İcra Hakimiyyətinin Ucar şəhəri üzrə icra nümayəndəsi Abdulla İbrahimov bildirib ki, küçə gələn il əsaslı təmir olunacaq. 50 il gözləyən sakinlər bir il də səbir etməli olacaqlar.

Ətraflı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri