30 
Sen
2021
13:12
21
224
4076
Virtual karabakh

Əməkdar artist: “Şəhid anasının arzusunu yerinə yetirə bilmədim”

30 Sen, 2021
13:12
4076

Əməkdar artist: “Şəhid anasının arzusunu yerinə yetirə bilmədim”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şəhid anasının arzusunu yerinə yetirə bilmədim, bacarmadım. Çox çətin idi”.

Bu sözləri Əməkdar artist Cabir Abdullayev Anım günündə Ağdam şəhərində Şəhidlər Xiyabanında keçirilən tədbirdən danışarkən deyib. Onun sözlərinə görə, şəhid Səxavət Məmmədovun anası oğlunun qəbrinin üstündə ondan oxumağı istəyib:

“Şəhidlər Xiyabanını ziyarət edərkən məni arxadan bir ana qucaqladı. Dedi ki, “bizim toyumuzda siz oxumusunuz. Arzu etmişdim ki, övladımın toyunda siz oxuyasınız. Allah qismət eləmədi, Səxavətimin toyunda oxumağı, olmadı”. Mənə pis təsir etdi. Çox təsirli səhnə idi. Sonra ana dedi ki, “toyu nəsib olmadı, gedək Səxavətin qəbirinin üstündə oxu”. Bacarmadım, bacara bilmədim, dedim ana, mənə çox çətindir. Hələ də özümə gələ bilməmişəm”. 

Cabir Abdullayev bildirib ki, Ağdamda Anım günü keçirilən tədbirdə şəhid məzarlarını ziyarət ediblər:

“Şəhid analarının dərdinə az da olsa, şərik olduq. Anaların əlindən öpdüm və bunu özümə fəxr bilirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onlar bizə elə sevinc, qürurverici anlar bağışlayıb ki, xatirimizdən heç vaxt çıxmaz. Biz onları həmişə yad etməliyik, qanları, canları bahasına torpaq alıblar. Şəhid anaları ilə görüşdə sevinclə yanaşı qəm də var”.

Mənbə: Qaynarinfo.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri