30 
Sen
2021
12:04
25
153
12889
Virtual karabakh

Azərbaycan və Özbəkistanın Əməkdar artisti vəfat etdi - FOTO

30 Sen, 2021
12:04
12889

Azərbaycan və Özbəkistanın Əməkdar artisti vəfat etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Azərbaycan və Özbəkistanın Əməkdar artisti Kaykep Aliyeva 86 yaşında dünyasını dəyişib.

Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda əməkdar artistin Daşkənddə dəfn mərasimi keçirilir.

Xatırladaq ki, əslən Qarabağdan olan K.Aliyeva 50 ildən artıq Özbəkistanda Azərbaycan mədəniyyətini geniş təbliğ edib, Azərbaycan diasporunda fəal çalışıb, təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və yeniyetməyə milli rəqslərimizi öyrədib. O, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Əməkdar artist” fəxri adına layiq görülüb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə 2016-cı ildə “Dostluq” ordeni ilə mükafatlandırılıb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri