26 
Noy
2014
14:10
68
25
10872
Virtual karabakh

Bakının yeni polis rəisindən mühüm kadr dəyişikliyi

26 Noy, 2014
14:10
10872

Bakının yeni polis rəisindən mühüm kadr dəyişikliyi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəis işdən çıxarılıb, əməliyyatçı təyin olundu.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yeni rəisi ilk təyinatlarını edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidovun imzaladığı müvafiq əmrlə BŞBPİ-nin təchizat şöbəsinin rəisi Neyman Səlimov tutduğu vəzifədən azad edilib. 

Onun yerinə polis polkovnik-leytenantı Fikrət Məmmədov təyinat alıb.
 
Təchizat şöbəsinin sabiq rəisi N.Səlimov isə Kriminalistik Tədqiqatlar şöbəsinə əməliyyatçı təyin olunub.
 
Qeyd edək ki, bir müddət əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov bu vəzifədən azad olunaraq, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib. Qubanın polis rəisi Seyfulla Əzimov isə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri