30 
Sen
2021
20:23
280
69
4613
Virtual karabakh

Ceyhun Səfərov “Space TV”-də efirə çıxacaq

30 Sen, 2021
20:23
4613

Ceyhun Səfərov “Space TV”-də efirə çıxacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Ceyhun Səfərov “Space TV”-da xəbərlər departamentində çalışacaq.

Oxu.Az xəbər verir ki, tanınmış aparıcı və mətbuat katibini artıq “Space TV”-nin efirində xəbər aparıcısı kimi görəcəyik. 

Bu yaxınlarda “Azvirt” MMC-də baş direktor müşaviri olan Ceyhun Səfərov məlumatı Oxu.Az-a təsdiq edib:

“Bəli, “Space” televiziyası yeni mövsümə çox yeni layihələrlə hazırlaşır. Mənə də iş təklifi gəldi və yaxın keçmişdə televiziyada çalışan biri kimi təklifi qəbul etdim. Bilirsiniz ki, bir müddət əvvəl özəl şirkətdə müşavir kimi işə başlamışam və bu iş televiziya fəaliyyətimə heç bir halda mane olmur. Düşünürəm ki, bir mənada da artıq peşəkarların televiziya məkanına geri dönməsinin vaxtıdır. Dəvət və göstərilən etimada görə “Space TV” rəhbərliyinə təşəkkür edirəm”

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri